"Redmi K80 Pro" qlobal bazara bu adla çıxacaq

"Xiaomi"nin bu yaxınlarda istifadəçilərə təqdim etdiyi "Redmi K80" seriyasının qlobal macərası başlamaq üzrədir. Bu günə olan hesabatlarda rebrendinq konsepsiyasının smartfonlarda tətbiq ediləcəyi bildirilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, "POCO F7 Ultra", "FCC" verilənlər bazasında ortaya çıxıb. Siyahı smartfonun 12GB + 256GB kimi bir neçə seçimə sahib olacağını təsdiqləyir. Cihaz istifadə olunduğu andan etibarən "HyperOS 2" interfeysini işlədəcək. Həmçinin 5G, 4G LTE, Bluetooth BR, Wi-Fi 7 və digər şəbəkələri dəstəkləyəcək.
Hələlik rəsmi açıqlama olmasa da, "POCO F7 Ultra"nın "Redmi K80 Pro"nun rebrendinq edilmiş versiyası olduğu deyilir. Bu, adları və dizaynları fərqli olsa da, eyni xüsusiyyətlərə malik iki telefon kimi şərh edilə bilər.
Tərlan Əmrahova
10:11 02.12.2024
Oxunuş sayı: 749