Türkiyə Ukraynadakı müharibənin dərhal dayandırılmasına çağırır

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Belçikalı həmkarı Bernar Kventin ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında Ukraynadakı müharibənin mümkün qədər tez sona çatdırılmasının vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, Fidan qeyd edib ki, müharibə yalnız Ukrayna və region üçün deyil, həm də bütün dünya üçün miqrasiya, iqtisadi və digər böhranlar yaradır. O, Türkiyənin bu münaqişənin sülh yolu ilə həll olunması üçün bütün səyləri dəstəklədiyini bildirib.
Gültac Mehdizadə
21:15 02.01.2025
Oxunuş sayı: 1703