Belçika Suriyanın yenidən qurulmasında Ankaraya dəstəyini ifadə etdi

Belçikanın xarici işlər naziri Bernar Kventin Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransında çıxış edib.
Crossmedia.az xəbər verir ki, Kventin, Suriyanın yenidən qurulmasına, ölkənin ərazi bütövlüyünün qorunmasına və azlıqların hüquqlarının təmin edilməsinə dəstək verdiklərini bildirib. O vurğulayıb ki, Belçika Şamda yeni rəhbərliklə yanaşı, Türkiyənin Suriyada sülh və sabitlik qurmaq istiqamətində göstərdiyi səylərə dəstək verməyə hazırdır.
Nazir Türkiyə ilə Belçika arasında güclü iqtisadi və sosial əlaqələrin əhəmiyyətinə toxunaraq, Gömrük Birliyinin yenilənməsinə də dəstək ifadə edib. Həmçinin, Kventin suriyalı qaçqınların könüllü şəkildə öz vətənlərinə qayıtmasını təşviq edəcəklərini və Suriya hökumətinin beynəlxalq hüquq çərçivəsində fəaliyyətinə dəstək göstərəcəklərini qeyd edib.
Gültac Mehdizadə
19:21 02.01.2025
Oxunuş sayı: 1495