Rusiya və Suriya hərbi bazaların saxlanılması ilə bağlı razılaşmaya yaxındır

Rusiya və Suriya müxalifətinin yeni rəhbərliyi Tərtus və Hmeymimdəki iki əsas hərbi bazanın saxlanılması ilə bağlı razılıq əldə edə bilər.
Bu barədə Crossmedia.az Bloomberg-ə istinadən məlumat verir.
Rusiya Müdafiə Nazirliyi Suriya müxalifətinə rəhbərlik edən “Hayat Təhrir əş-Şam” qruplaşması ilə qeyri-rəsmi anlaşma əldə edib. Tərtusdakı hərbi-dəniz bazası Rusiyanın Aralıq dənizindəki yeganə logistika mərkəzidir, Hmeymim aviasiya bazası isə Rusiyanın Afrikadakı əməliyyatlarında istifadə olunur.
Qeyd edək ki, buna baxmayaraq, Suriyada vəziyyət qeyri-sabit olaraq qalır və gələcək razılaşmalara təsir göstərə bilər.
Gültac Mehdizadə
17:33 12.12.2024
Oxunuş sayı: 1841