Rusiya Liviyada böyük hərbi baza inşa edir

Peyk görüntüləri Rusiyanın Liviyanın cənubunda böyük hərbi baza inşa etdiyini təsdiq edir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yeni aviabaza strateji mövqedə – Sudan və Çad sərhədi yaxınlığında, həmçinin Kuri-Bugudi bölgəsində yerləşən qızıl mədənlərinin yaxınlığında yerləşir.
Bir neçə sudanlı hərbi jurnalistin sözlərinə görə, bu baza Rusiya Müdafiə Nazirliyinin “Afrika Korpusu”na məxsus olacaq.
Gültac Mehdizadə
20:55 01.01.2025
Oxunuş sayı: 1705