Parlament xalq üçün mükafat alacaq heç nə etməyib - Karapetyan
Ermənistan parlamentində təmsil olunacaq “Güclü Ermənistan” müxalifət fraksiyası maaş və mükafatlardan imtina edəcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fraksiyadan deputat seçilən Narek Karapetyan jurnalistlərə bildirib ki, özü deputat maaşı almayacaq, fraksiya isə parlament mükafatlarından imtina edəcək.
“Demişdim ki, maaş almayacağam və bundan imtina edəcəyəm. Həmçinin fraksiyamız mükafat da almayacaq. Parlament xalq üçün mühüm heç nə etməyib ki, üstəlik mükafat da alsın”, – deyə Karapetyan bildirib.
Onun sözlərinə görə, bu vəsait xeyriyyə məqsədlərinə yönəldiləcək.
Karapetyan əlavə edib ki, fraksiya sədri və katibi ilə bağlı yekun qərar hələ verilməyib. O, fraksiyaya rəhbərlik edə biləcəyini, katib vəzifəsinə isə Aram Vardevanyanın namizədliyinin nəzərdən keçirildiyini bildirib. Vitse-spiker postuna namizəd məsələsində də hələlik qərar qəbul olunmayıb.
23:21 24.07.2026
Oxunuş sayı: 47