Vaşinqtona açıq mesaj: Bir nəfərə qarşı bir hərbçi
İran Silahlı Qüvvələrinin komandanlığı ABŞ-nın hücumları nəticəsində həlak olan hər bir iranlı üçün bir amerikalı hərbçinin öldürüləcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran hərbi rəhbərliyinin bəyanatında bildirilib ki, bundan sonra ABŞ zərbələri nəticəsində itkilərə cavab olaraq belə addımlar atılacaq.
Açıqlamanın fonunda regionda gərginliyin daha da artdığı qeyd olunur. ABŞ tərəfinin bu bəyanata münasibəti barədə məlumat verilməyib.
21:24 24.07.2026
Oxunuş sayı: 61