Hindistanda dəhşətli qaya uçqunu: ölənlər ver
Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında baş verən qaya uçqunu nəticəsində azı 13 nəfər, o cümlədən bir körpə həlak olub.
Crossmedia.az xəbər verir ki, ˝Times of India˝ qəzetinin məlumatına görə, nəhəng qaya parçaları yolda hərəkət edən avtomobillərin üzərinə düşüb.
Hadisə nəticəsində dağıntılar altında qalan bir sərnişin xilas edilərək xəstəxanaya çatdırılıb. Xilasetmə əməliyyatları davam edir.
23:59 24.07.2026
Oxunuş sayı: 55