Zelenski: mümkün hücum bu gün baş verə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Ukraynaya qarşı yeni genişmiqyaslı raket hücumu hazırladığı barədə məlumat əldə edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, müvafiq məlumatlar kəşfiyyat orqanlarından və Ukraynanın tərəfdaşlarından daxil olub.
Zelenski qeyd edib ki, mümkün hücum bu gün və ya qarşıdakı 48 saat ərzində baş verə bilər.
Ukrayna Prezidenti əlavə təfərrüat verməyib.
23:44 24.07.2026
Oxunuş sayı: 53