Yeni SSRİ yaranarsa… - Zelenskidən dünyanı narahat edən açıqlama
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın yenidən Sovet İttifaqı formasına qayıtması ABŞ üçün ciddi təhlükə yarada bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski amerikalı bloqer Laura Lumerə müsahibəsində iddia edib ki, Rusiya Prezidenti Vladimir Putinin əsas məqsədi keçmiş SSRİ-nin təsir dairəsini və ərazilərini bərpa etməkdir.
Onun sözlərinə görə, Ukrayna bu prosesin qarşısında əsas maneəyə çevrilib.
“Əgər onların Sovet İttifaqı olacaqsa, siz Çin və Sovet İttifaqı ilə qarşılaşacaqsınız — dünyanın ən böyük imperiyası və ən böyük ordusu. Onlar həqiqətən ABŞ-dən daha güclü ola bilərlər və bu, sizin üçün təhlükəli olacaq”, — deyə Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, məhz Ukrayna illər ərzində bu ssenarinin qarşısını alan divar rolunu oynayıb.
“Ukrayna özü Putinin bütün bu arzularının qarşısında maneə idi. Bu divardır. Siz bu divarın qiymətini ödəmisiniz və məhz buna görə onlar SSRİ-ni bərpa edə bilməyəcəklər”, — Zelenski əlavə edib.
23:48 24.07.2026
Oxunuş sayı: 56