Rumıniya səmasında təhlükə: NATO qırıcıları havaya qaldırılıb
Rumıniyanın hava məkanına yaxın ərazidə naməlum pilotsuz uçuş aparatının (PUA) aşkarlanmasından sonra NATO dörd qırıcı təyyarəni havaya qaldırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, havaya iki Rumıniya F-16 və iki İtaliya Eurofighter qırıcısı qaldırılıb. Rumıniya hakimiyyətinin açıqlamasına əsasən, günorta saatlarında PUA Rumıniyaya məxsus F-16 qırıcısı tərəfindən vurulub.
Rumıniya Müdafiə Nazirliyi ilkin ehtimala görə, dronun Rusiyaya məxsus “Şahid” tipli PUA olduğunu bildirib. Lakin aparatın mənşəyi hələ rəsmi şəkildə təsdiqlənməyib.
NATO-nun məlumatına görə, hadisə Rusiya qüvvələrinin Ukraynanın Odessa vilayətinə endirdiyi hücumlar fonunda baş verib.
22:52 24.07.2026
Oxunuş sayı: 48