Rusiya liman obyektlərini vurduğunu bildirib
Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Odessa limanındakı hərbi yüklərin olduğu logistika mərkəzinin infrastruktur obyektlərinə, eləcə də Yujnı limanındakı obyektlərə zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, Rusiya qüvvələri Nikolayev limanında yerləşən iki yedək gəmisini, həmçinin Çernomorsk limanına gedən bir bərə tipli gəmini və quru yük gəmisini də hədəfə alıb.
Rusiya Müdafiə Nazirliyi zərbələrin nəticələri barədə əlavə məlumat verməyib. Hadisə ilə bağlı Ukrayna tərəfinin açıqlaması təqdim olunmayıb.
21:16 24.07.2026
Oxunuş sayı: 67