Gərginlik fonunda Səudiyyə Ərəbistanı gizli vasitəçiyə üz tutub
Səudiyyə Ərəbistanının Qırmızı dənizdə təhlükəsizlik vəziyyəti ilə bağlı Oman vasitəçiliyindən istifadə etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Əl-Əxbar” qəzetinin məlumatına görə, iki Səudiyyə Ərəbistanı neft tankerinin hədəfə alınmasından sonra Ər-Riyad Səna ilə gərginliyin daha da artmasının qarşısını almaq üçün Maskata nümayəndə heyəti göndərib.
Məlumata əsasən, danışıqların əsas mövzularından biri Babül-Məndəb boğazından keçən gəmilərin təhlükəsizliyinin təmin olunmasıdır.
Yəmən naviqasiyası ilə bağlı mənbələr bildiriblər ki, Babül-Məndəb boğazından keçən bir çox ticarət gəmisi Yəmən dəniz qüvvələrinin qərarlarını nəzərə alır.
Babül-Məndəb boğazı Asiya, Afrika və Avropa arasında dəniz ticarəti üçün strateji əhəmiyyət daşıyan əsas marşrutlardan biri hesab olunur.
23:32 24.07.2026
Oxunuş sayı: 48