Ukraynadan xəbərdarlıq: Düşmən raket toplayıb
Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib ki, Rusiya yeni hücumlar üçün müəyyən sayda raket ehtiyatı toplayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, yaxın günlərdə hava hücumu siqnallarına maksimum diqqət yetirmək lazımdır.
“Düşmən müəyyən sayda raket toplayıb. Bu günlərdə həyəcan siqnallarına maksimum reaksiya vermək və anlamaq lazımdır ki, ballistik raketlər çox sürətli və təhlükəlidir”, — deyə İqnat bildirib.
23:36 24.07.2026
Oxunuş sayı: 47