ABŞ İranın hərbi bazasına zərbə endirib
ABŞ tərəfindən həyata keçirildiyi iddia olunan raket zərbəsi nəticəsində İranın Xəzər dənizi sahilində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz bazasının bir hissəsinin zərər gördüyü bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Gilan vilayətinin rəhbərinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əli Baqiri məlumat verib.
Onun sözlərinə görə, hücum yerli vaxtla saat 07:30 radələrində Gilan vilayətinin Zibakənar bölgəsində baş verib. Zərbə nəticəsində bazadakı bəzi hərbi avadanlıqların zədələndiyi qeyd olunub.
Baqiri bildirib ki, ilkin məlumatlara əsasən, hadisə zamanı ölən və yaralanan olmayıb.
20:25 24.07.2026
Oxunuş sayı: 48