Ukraynanın yeni PUA planı: minlərlə kilometr məsafəyə çata biləcək
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, gələn il Ukrayna ordusunun 5-10 min kilometr məsafə qət edə bilən pilotsuz uçuş aparatları (PUA) əldə etməsi mümkündür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Ukrayna hazırda artıq 3 min kilometrdən çox uçuş məsafəsinə malik dronlara sahibdir. O əlavə edib ki, cari ilin sonunadək uçuş məsafəsi 4 min kilometrə çatan PUA-ların silahlanmaya daxil edilməsi planlaşdırılır.
Ukrayna lideri bu barədə ölkənin uzaqmənzilli pilotsuz sistemlərinin inkişafı ilə bağlı açıqlama verib.
21:40 24.07.2026
Oxunuş sayı: 60