İsraildə kibertəhdid həyəcanı: Vətəndaşlara müəmmalı mesajlar göndərilir
İranla gərginlik fonunda İsrail vətəndaşları son günlərdə ikinci dəfə mobil telefonlarına təhdid xarakterli naməlum mesajlar alıblar. İngilis dilində göndərilən SMS-lərdə qorxu yaradan və qeyri-müəyyən ifadələr yer alır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İsrail Milli Kibertəhlükəsizlik Xidməti hadisəni araşdırdığını bildirib. Eyni zamanda, iranlı hakerlərin İsrailin keçmiş baş nazirinin telefonunu sındırdıqlarını iddia etdikləri, həmçinin İsrailin şirkətləri və kritik qurumlarına qarşı kiberhücumlar həyata keçirildiyi qeyd olunur.
Nəzrin Abbas
09:40 13.01.2026
Oxunuş sayı: 1555