Trampdan sərt addım: İranla iş görənlərə 25% tarif
ABŞ Prezidenti Donald Tramp İranla iş görən ölkələrə qarşı 25 faiz tarif tətbiq olunacağını açıqlayıb. Prezident bu qərarın dərhal qüvvəyə mindiyini Truth Social platformasında bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Ağ Evin mətbuat katibi Kerolin Levitt Trampın İrana qarşı bütün variantları, o cümlədən hərbi addımları nəzərdən keçirdiyini, lakin diplomatiyaya üstünlük verdiyini deyib. Onun sözlərinə görə, ABŞ prezidenti zəruri hesab edərsə, hərbi variantlardan istifadə etməkdən çəkinməyəcək.
Nəzrin Abbas
09:24 13.01.2026
Oxunuş sayı: 1561