Rəsmi Karakas Vaşinqtona səfər iddialarını təkzib edib
Venesuela hakimiyyəti vitse-prezidenti Delsi Rodrigesin Vaşinqtona səfər edəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, respublikanın kommunikasiyalar üzrə vitse-prezidenti bildirib ki, Rodriqes yaxın vaxtlarda xarici ölkələrə səfər etməyi planlaşdırmır.
Onun sözlərinə görə, bu barədə yayılan xəbərlər reallığı əks etdirmir və rəsmi təsdiqə malik deyil.
Fatimə Məmmədova
23:56 09.01.2026
Oxunuş sayı: 1727