Vatikan ABŞ-dən xahiş etdi: Hərbi əməliyyata tələsməyin
Vatikan Dövlət katibi Kardinal Pietro Parolin Venesuela prezidenti Nikolas Maduro ilə bağlı Rusiyanın mövqeyi barədə ABŞ tərəfinə məlumat verib.
Crossmedia.az "The Washington Post" nəşrinə istinadən xəbər verir ki, Maduro tutulmazdan əvvəl Moskvanın ona sığınacaq və təhlükəsizlik zəmanəti verməyə hazır olduğu Ağ Evə çatdırılıb.
Məlumata əsasən, Milad ərəfəsində Vatikan Dövlət katibi və uzun müddətdir diplomatik vasitəçi kimi çıxış edən Kardinal Parolin ABŞ-nin Müqəddəs Taxt-Tacdakı səfiri Brayan Birçi təcili görüşə çağırıb. Görüşün məqsədi Vaşinqtonun Venesuela ilə bağlı planlarını — yalnız narkotik qaçaqmalçılarını hədəf alıb-almadığını, yoxsa rejim dəyişikliyinə çalışıb-çalışmadığını aydınlaşdırmaq olub.
Trampın müttəfiqi kimi tanınan Birç ilə söhbət zamanı Parolin Rusiyanın Maduroya sığınacaq verməyə hazır olduğunu bildirib və ABŞ tərəfini bu məsələdə səbirli olmağa çağırıb. Kardinal qeyd edib ki, Moskva Venesuela liderinə ölkəni tərk edərək təhlükəsiz şəkildə yaşamaq imkanı təklif edir.
Mənbənin sözlərinə görə, bu təklif çərçivəsində Maduroya maliyyə imkanlarından istifadə etmək şəraiti yaradılması və Rusiya prezidenti Vladimir Putinin onun şəxsi təhlükəsizliyinə zəmanət verməsi də nəzərdə tutulub.
12:31 10.01.2026
Oxunuş sayı: 1610