Elvis pərəstişkarları “Elvis Express” ilə festivalda toplaşır
Elvis Preslinin pərəstişkarları Avstraliyanın Sidneyindən kiçik bir qəsəbəyə “Elvis Express” qatarı ilə səfər edir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qatar səfəri yeddi saat davam edir, insanlar Elvis üslubunda geyinir və musiqi dinləyir.
Festival hər il yanvarda keçirilir və təxminən 24 min insan iştirak edir. Elvisin musiqisi iştirakçılara xoş əhval-ruhiyyə bəxş edir və gündəlik problemləri unudurlar.
10:48 10.01.2026
Oxunuş sayı: 1495