Trampdan şok açıqlama: ABŞ Rusiya və Çinə neft verəcək
ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkəsi Rusiya və Çinə neft tədarük etməyə hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, Çin istədiyi qədər neft ala bilər, istər ABŞ-dən, istərsə də digər mənbələrdən. Eyni zamanda Rusiya da ABŞ-dən ehtiyac duyduğu bütün nefti əldə edə bilər. O, əlavə edib ki, ABŞ hazırdır və tədarük prosesinə dərhal başlaya bilər.
11:26 10.01.2026
Oxunuş sayı: 1734