Özbəkistan hərbi terminləri milli dilə keçirir
Özbəkistan Müdafiə Nazirliyi ölkədə hərbi sahədə rus mənşəli terminlərin istifadəsindən imtina etmək qərarı qəbul edib.
Crossmedia.az xəbər verir ki, qərar Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Folklor İnstitutunun ekspertlərinin iştirak etdiyi Terminologiya Komissiyasının iclasında qəbul olunub.
İndi hərbi və müdafiə terminologiyasında rus sözləri yerinə milli, özbək ekvivalentləri istifadə olunacaq. Bu addım özbək ordusunun terminologiyasını milli əsaslarla formalaşdırmaq məqsədini daşıyır.
Zeynəb Xuduyeva
01:44 10.01.2026
Oxunuş sayı: 1721