Orban: Avropada Rusiya aktivlərinin müsadirəsi müharibə elanı ola bilər
Macarıstanın Baş naziri Viktor Orban dekabrın 13-də Mohaçda keçirilən mitinqdə bildirib ki, Avropada dondurulmuş Rusiya aktivlərinin müsadirəsi müharibə elanı hesab oluna bilər.
Orban xəbərdarlıq edib ki, yüz milyardlarla avronun ələ keçirilməsinə cavab veriləcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Rusiyanın Avropadakı aktivlərini Ukrayna münaqişəsi bitənə və kompensasiya ödənilənə qədər dondurub. Bu aktivlərin məbləği təxminən 210 milyard avrodur. Avropa Şurası qeyd edib ki, tədbirlər müvəqqətidir və Rusiya aktivlərinin müsadirəsi ciddi iqtisadi çətinliklər yarada bilər.
Noyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin də Avropadakı aktivlərin müsadirəsinin mənfi nəticələrə səbəb olacağını açıqlayıb.
Səriyyə Tağıyeva
23:56 13.12.2025
Oxunuş sayı: 1240