Krasnodar hava limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib
“Rosaviasiya”nın sözçüsü Artem Korenyako dekabrın 13-də bildirib ki, Krasnodar hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Crossmedia.az İzvestiya-ya istinadən xəbər verir ki, Korenyakonun sözlərinə görə, məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunur.
Dünən gecə isə Penza, Saratov və Çeboksarı hava limanlarında da müvəqqəti məhdudiyyətlər tətbiq olunmuşdu. Daha sonra Saratov və Çeboksarıda uçuşlara icazə verilib, bu səhər isə Penzada məhdudiyyətlər aradan qaldırılıb.
Səriyyə Tağıyeva
23:25 13.12.2025
Oxunuş sayı: 1124