İrəvanda məhkəmə yepiskopun həbs müddətini uzadıb
İrəvanda birinci instansiya məhkəməsi Ermənistan Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, katolikos II Qareginin qardaşı oğlu, yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb.
Bu barədə Crossmedia.az Ermənistan KİV-nin yaydığı məlumata istinadən xəbər verir.
Qərar bu gün hakim Karen Farxoyan tərəfindən verilib. Yepiskopun vəkili bildirib ki, müdafiə tərəfi hələlik məhkəmənin qərarını rəsmi şəkildə almayıb və sənəd əldə edilən kimi qərardan apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, Mkrtıç Proşyan oktyabrın 16-da müxalifətin mitinqlərində iştirak etməyə keşişləri məcbur etməkdə ittiham olunaraq iki ay müddətinə həbs edilmişdi.
Mehriban İbrahimli
20:49 13.12.2025
Oxunuş sayı: 1339