Partiya sədrləri görüş keçirib
Bu gün Ədalət partiyasının sədri Mütəllim Rəhimli Ağ Partiyanın sədri Tural Abbaslı ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, Ədalət partiyasının mərkəzi ofisində baş tutan görüşdə Tural Abbaslı Ədalət Partiyasının sədri seçilməsi münasibətilə Mütəllim Rəhimlini təbrik edib.
Görüşdə milli birlik platforması çərçivəsində partiyaların əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb. Siyasi partiyaların həmrəyliyinin müasir mürəkkəb beynəlxalq münasibətlər sistemində vacib olduğu vurğulanıb. Partiya sədrləri həmçinin ölkəmizdə mövcud sosial-iqtisadi və siyasi vəziyyətlə bağlı da müzakirələr aparıblar.

18:36 13.12.2025
Oxunuş sayı: 1598