Kamboca–Tailand sərhədində bütün quru keçid məntəqələri bağlanıb
Kamboca hökuməti Tailandla sərhəddə baş verən döyüşlər fonunda iki ölkə arasındakı bütün quru sərhəd-keçid məntəqələrinin fəaliyyətini dayandırıb. Bu barədə Kambocanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Crossmedia.az Cambodianess-ə istinadən xəbər verir.
Nazirlik Kamboca və Tailand vətəndaşlarına atəşkəs tam təmin olunana qədər evlərində və iş yerlərində qalmağı tövsiyə edib. Eyni zamanda yerli hakimiyyət orqanlarına hər iki ölkənin vətəndaşlarına, eləcə də əcnəbilərə zəruri yardımın göstərilməsi tapşırılıb.
Quru sərhədin bağlanması qərarının Kamboca Senatının sədri Hun Senin tövsiyəsinə əsasən qəbul edildiyi bildirilir.
Qeyd edək ki, Tailand–Kamboca sərhədində döyüşlər 8 dekabr tarixində yenidən başlayıb. Tərəflər atəşkəs rejiminin pozulmasında bir-birini ittiham edir.
Türkanə Məşədiyeva
20:43 13.12.2025
Oxunuş sayı: 1260