Lukaşenko ilə danışıqlar məhsuldar olub
ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Con Kol Belarus lideri Aleksandr Lukaşenko ilə iki günlük danışıqlardan sonra görüşləri məhsuldar qiymətləndirdiyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Kol görüş zamanı Rusiya-Ukrayna müharibəsi, eləcə də Venesuela ilə bağlı məsələlərin müzakirə olunduğunu deyib. Onun sözlərinə görə, tərəflər ABŞ-Belarus münasibətlərinin normallaşdırılması və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
ABŞ rəsmisi qeyd edib ki, normallaşma prosesi artıq praktiki mərhələyə keçib. “Biz sanksiyaları aradan qaldırır, məhbusları azad edirik və davamlı dialoq aparırıq. Bu, ilkin addımlardan daha inamlı mərhələyə keçidi göstərir”, – deyə o bildirib.
Kol həmçinin Aleksandr Lukaşenkonun Ukraynada nizamlanma ilə bağlı verdiyi tövsiyələri müsbət qiymətləndirib. Onun sözlərinə görə, ABŞ hakimiyyəti Belarus kaliumuna tətbiq olunan sanksiyaların götürülməsi barədə qərar qəbul edib.
20:30 13.12.2025
Oxunuş sayı: 1361