ÇXR: BRİCS ölkələri yeni rezerv sisteminin yaradılmasını müzakirə edir
Çin Xalq Respublikasında BRİCS ölkələri arasında yeni beynəlxalq rezerv sisteminin yaradılması imkanları müzakirə olunur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təşəbbüs ilk dəfə Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. Müzakirələrdə məqsəd Qərb sanksiyaları fonunda mövcud maliyyə mexanizmlərinə alternativlərin formalaşdırılmasıdır.
Xüsusilə aktivləri dondurulan ölkələr üçün bu cür rezerv sisteminin real alternativ ola biləcəyi vurğulanır. İran nümunəsi bu baxımdan tez-tez qeyd olunur və yeni mexanizmin sanksiyaların təsirini azaltmağa kömək edə biləcəyi bildirilir.
BRİCS çərçivəsində aparılan müzakirələrdə maliyyə müstəqilliyinin gücləndirilməsi və üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər kimi önə çıxır.
19:55 13.12.2025
Oxunuş sayı: 1086