Slovakiya Baş naziri Fiko: Münaqişədən sonra Qərb Rusiya ilə əlaqələri tez bərpa edəcək
Slovakiyanın Baş naziri Robert Fiko bildirib ki, Ukraynadakı münaqişə başa çatdıqdan sonra Qərb ölkələri Rusiya ilə iqtisadi əlaqələri qısa müddətdə bərpa etməyə çalışacaqlar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Onun sözlərinə görə, münaqişə bitən kimi bir çox Qərb dövləti Rusiyaya yönələcək və iqtisadi əməkdaşlığı yenidən qurmağa cəhd göstərəcək. “Sadəlövh olmayaq, münaqişə bitən kimi hamı bunu edəcək”, – deyə Fiko “Şənbə Dialoqları” proqramında bildirib.
Slovakiya hökumətinin başçısı eyni zamanda ölkəsinin Rusiyadan qaz almasına qoyulan məhdudiyyətləri absurd adlandırıb. O qeyd edib ki, buna baxmayaraq Rusiya hələ də bir sıra Avropa İttifaqı ölkələri üçün əsas mayeləşdirilmiş təbii qaz təchizatçılarından biri olaraq qalır.
Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da açıqlama verərək, Aİ-nin Rusiyaya qarşı siyasətini məntiqsiz adlandırıb və bu yanaşmanın “absurd teatrını” xatırlatdığını bildirib. O, həmçinin Aİ rəhbərliyini Ukrayna böhranının həlli üçün irəli sürülən sülh təşəbbüslərinə, o cümlədən ABŞ prezidenti Donald Trampın təşəbbüslərinə mane olmaqda ittiham edib.
Türkan Kərimli
Türkan Kərimli
21:05 13.12.2025
Oxunuş sayı: 966