Zaxarova: Aİ-nin tədbiri prinsipial qərar deyil
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Xarici Fəaliyyət Xidmətinin Aİ diplomatlarına Rusiya diplomatik nümayəndələrinin iştirak etdiyi tədbirlərə qatılmağı qadağan edən qərarını tənqid edib. O, bu addımı "yarımçıq tədbir" kimi qiymətləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zaxarova Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi növbəti sanksiya paketlərinin siyasi reallığı dəyişmədiyini və məsələ ilə bağlı ironik açıqlamalar verdiyini bildirib. Onun sözlərinə görə, Avropa Xarici Fəaliyyət Xidmətinin Rusiya diplomatları ilə ünsiyyətə dair yaydığı təlimatlar da bu siyasətin davamıdır.
Qeyd olunur ki, Avropa Xarici Fəaliyyət Xidmətinin bu təlimatları BMT-nin Cenevrədəki daimi nümayəndəliklərinə göndərib.
Nigar Yahyazadə
19:17 13.12.2025
Oxunuş sayı: 1185