Ermənistan Kərki kəndini qaytarır?
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə növbəti mərhələnin Kərki kəndi və onun ətraf ərazilərini əhatə etməsi ehtimal olunur.
Crossmedia.az xəbər verir ki, proses çərçivəsində tərəflər sərhəd xəttinin dəqiqləşdirilməsi ilə bağlı texniki və hüquqi məsələləri müzakirə edə bilərlər.
Qeyd olunur ki, Kərki kəndi uzun illərdir delimitasiya və demarkasiya gündəliyində xüsusi yer tutur və bu ərazi ilə bağlı qərarlar ümumi sülh prosesinin gedişinə təsir göstərə bilər.
Məlumata görə, növbəti görüşlərdə xəritələr əsasında razılaşdırma və sahədə ölçmə işlərinin aparılması da istisna edilmir. Rəsmi qurumlar hələlik məsələ ilə bağlı əlavə açıqlama verməyiblər.
23:19 13.12.2025
Oxunuş sayı: 1242