Rusiya Müdafiə Nazirliyi: Dörd saat ərzində səkkiz Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə vasitələri dörd saat ərzində Rusiya ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus səkkiz pilotsuz uçuş aparatını məhv edib. Kursk və Belqorod üzərində üç, Bryansk üzərində isə iki PUA zərərsizləşdirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ötən gecə ərzində isə Rusiya hava müdafiəsi 116 Ukrayna PUA-sını vurub. Ən çox zərərsizləşdirilən bölgələr Ryazan (29), Voronej (27) və Bryansk (23) olub.
23:29 06.12.2025
Oxunuş sayı: 1033