Türkiyə prezidenti:ABŞ-Venezuela dialoqunun açıq qalması vacibdir
Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Venezuelanın prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.
Crossmedia.az "TRT Xəbər"-ə istinadən xəbər verir ki, görüşdə Türkiyə-Venezuela ikitərəfli münasibətləri və regional məsələlər müzakirə olunub.
Erdoğan bildirib ki, bölgələrdəki inkişafları yaxından izləyirlər və Türkiyə problemlərin dialoq yolu ilə həllinə inanır, bunu hər platformada ifadə edirlər. Prezident vurğulayıb ki, ABŞ ilə Venezuela arasında dialoq kanallarının açıq qalması vacibdir və gərginliyin tezliklə azalmağı ümid edilir.
22:02 06.12.2025
Oxunuş sayı: 1032