Şəkərli diabetin qarşısını necə almaq olar? - Həkim sirləri açıqladı
Dünyada şəkərli diabetin yayılma göstəriciləri bəzi ölkələrdə 14%-ə qədər yüksəlib. Azərbaycanda rəsmi statistika təxminən 5%-dir, lakin qeyri–rəsmi rəqəmlər bu göstəricinin 10%-ə yaxın olduğunu göstərir.
Bunu Crossmedia.az-a geniş müsahibəsində həkim- endokrinoloq Fərhad Burzu deyib.
"Söhbət həm tip 1, həm də tip 2 diabetdən gedir. Diabetin artmasında əsas rol oynayan amillər passiv həyat tərzi və yüksək şəkər istehlakıdır. Qeyd edim ki, 1995-ci ildən bu günə ölkəmizdə şəkər istifadəsi 10 dəfədən çox artıb. Üstəlik bu şəkərlərin keyfiyyəti də əvvəlki dövrlərlə müqayisədə daha aşağıdır. Profilaktik tədbirlər isə fiziki aktivliyin artırılmasından, qidalarda şəkər və karbohidratların minimuma endirilməsindən, çəkini stabil saxlamaqdan, aktiv həyat tərzinin bərpasıdır", - o bildirib.
Müsahibənin geniş versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/57426
Elmir Heydərli
14:35 04.12.2025
Oxunuş sayı: 2366