Partiya sədri ilə müsahibə: Rusiya Ermənistanda çevriliş etmək istəsə...- ANONS
Cənubi Qafqaz regionu onilliklərdir davam edən gərginliklərdən sonra tarixi bir dönüş nöqtəsinə yaxınlaşır. Siyasi münasibətlərdə yumşalma, qarşılıqlı diplomatik jestlər və regionun gələcəyinə dair yeni baxışlar həm dövlətlər, həm də cəmiyyətlər arasında ehtiyatlı da olsa ümid yaradır. Müharibənin izlərini hələ də daşıyan iki xalq — Azərbaycan və Ermənistan — indi yeni reallığın tələbləri ilə üz-üzədir: davamlı sülhün qurulması, qarşılıqlı etimadın bərpası və regionun inkişaf perspektivlərinin açılması.
Bu çətin və çoxqatlı proses təkcə siyasətçilərin deyil, həm də ekspertlərin, vətəndaş cəmiyyətinin və beynəlxalq aktorların aktiv iştirakını tələb edir. Məhz belə bir dövrdə aparılan hər bir obyektiv analiz, real situasiyanın doğru qiymətləndirilməsi və gələcək üçün sağlam proqnozlar xüsusi əhəmiyyət kəsb edir.
Regionda gedən proseslərlə bağlı "REAL" Partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a müsahibə verib.
Həmin müsahibədən bir neçə fikri təqdim edirik
"Hazırkı mərhələ əvvəlki illərlə müqayisədə daha pozitiv görünür".
"Rusiya Ermənistanda çevriliş etmək istəsə belə, onun qoya biləcəyi lideri erməni cəmiyyəti qəbul etmir".
"KTMT faktiki olaraq mövcud olmayan, yalnız Rusiyanın siyasi aləti kimi fəaliyyət göstərən bir qurumdur".
Qeyd edək ki, müsahibə yaxın günlərdə saytımızda yayımlanacaq.
Elmir Heydərli
Fatimə Hacıəliyeva
18:56 28.11.2025
Oxunuş sayı: 1344