Şahmat yarışlarında GAİM-in daha bir uğuru
Tbilisidə keçirilən Gürcüstan Şahmat Federasiyasının dərəcə yarışlarında Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) komandası 5 şahmatçı ilə iştirak edərək yüksək nəticələr göstərib.
Crossmedia.az xəbər verir ki, onlardan 3 nəfəri 4-cü dərəcə, 2 nəfəri isə 5-ci dərəcə üzrə mübarizə apararaq uğurlu nəticələr əldə ediblər.
4-cü dərəcə yarışlarında Adəm Babakişiyev (6 xal) 1-ci , Ümid Əliyev (5 xal) 2-ci , İmdat Aləkbərov (4,5 xal) isə 3-cü yerə layiq görülüblər və hər biri 3-cü dərəcəyə yüksəliblər.
5-ci dərəcə yarışlarında isə Sofia Xasmamedova 4 bal, Əjdər Mamedov isə 5 bal toplayaraq bu kateqoriya üzrə ilk xallarını qazanıblar.
Qeyd edək ki, GAİM-də şahmat dərslərini mərkəzin təcrübəli müəllimi Emil Allahverdiyev keçir.
18:00 28.11.2025
Oxunuş sayı: 948