Ermənistanın iqtisadiyyat naziri İstanbulda “Zero Waste Forum”da azərbaycanlı nazir ilə qısa görüş keçirib
Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan İstanbulda keçirilən qlobal “Zero Waste Forum” konfransında iştirak edib və tədbir çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovla qısa söhbət aparıb.
Crossmedia.az xəbər verir ki, Papoyan eyni zamanda Türkiyə, İran, Moldova və İraqın kənd təsərrüfatı nazirləri ilə də qısa görüşlər keçirib.
Onun sözlərinə görə, forumda kənd təsərrüfatı sektoruna cavabdeh təxminən 20 nazir, eləcə də müxtəlif ölkələrdən yüksək vəzifəli rəsmi şəxslər və siyasətçilər iştirak edib. Papoyan vurğulayıb ki, tədbirin məqsədi “sıfır tullantı” ideyasının qlobal miqyasda təşviq edilməsidir.
Türkan Kərimli

19:38 28.11.2025
Oxunuş sayı: 1092