ABŞ-də riskli ölkələrdən olan “green card” sahibləri yenidən yoxlanılacaq
Vaşinqtonda baş verən silahlı insidentdən sonra ABŞ-də üçüncü dünya ölkələrindən olan miqrantların “green card”larının kütləvi şəkildə ləğv edilməsi riski yaranıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri “narahatlıq doğuran ölkələrdən olan hər bir əcnəbi üçün bütün “green card”ların ciddi şəkildə yenidən araşdırılmasına” tammiqyaslı şəkildə başlayıb. Qurumun məlumatına görə, proses təhlükəsizlik baxımından genişmiqyaslı qiymətləndirməni nəzərdə tutur.
Yoxlanılacaq 19 ölkə aşağıdakılardır: Əfqanıstan, Birma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan, Yəmən, Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela.
Qurum bildirir ki, bu ölkələrdən ABŞ-də daimi yaşayış icazəsi alan şəxslər statuslarını qorumaq üçün yenidən təsdiq prosesindən keçməli olacaqlar. Araşdırmaların məqsədi ABŞ-də təhlükəsizlik risklərini minimuma endirməkdir.
20:03 28.11.2025
Oxunuş sayı: 891