Türkiyə telekanalında Azərbaycanın Zəfər Günündən bəhs olunub
Türkiyənin “Esinti TV” telekanalının “Günayla könül körpüsü” proqramının növbəti buraxılışı Azərbaycanın Zəfər Gününə həsr olunub.
Crossmedia.az xəbər verir ki, proqramda aparıcı Günay Əliyevanın qonaqları araşdırmaçı-yazar Dilqəm Əhməd, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Kəmalə Cabbarova, dərnəyin üzvü, “Günəş Sənət Məktəbi”nin rəqs müəllimi Nazlı Bağırova, Azərbaycan Dövlət Televiziya və Radiosunun solisti Vüsalə Əkbərova olub.
Verilişdə Qarabağ Zəfərinin Azərbaycan və Türk dünyası tarixindəki yerindən, Vətən müharibəsinin qələbə ilə bitməsində xalqın birliyinin rolundan bəhs olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Azərbaycan Ordusuna, şəhid və qazilərə minnətdarlıq ifadə edilib. Müharibə zamanı Türkiyənin göstərdiyi mənəvi dəstəyin əhəmiyyəti, ölkələrimiz arasındakı qardaşlıq və birliyin sarsılmazlığı vurğulanıb.
19:00 28.11.2025
Oxunuş sayı: 1065