Tramp jurnalistə əsəbiləşdi: “Siz ağılsızsınız”
ABŞ prezidenti Donald Trampın brifinq zamanı jurnalistin sualına sərt reaksiya verməsi müzakirələrə səbəb olub. Jurnalist Trampdan Vaşinqtonda baş verən faciəyə görə niyə Bayden administrasiyasını günahlandırdığını soruşub.
Crossmedia.az bildirir ki, sualın dəqiqləşdirilməsindən sonra Tramp səsini qaldıraraq belə cavab verib: “Çünki onları ölkəyə Bayden buraxıb. Siz ağılsızsınız". Onlar minlərlə başqa insanla birlikdə təyyarələrlə bura gəliblər. Onlar burada olmamalı idilər”.
17:28 28.11.2025
Oxunuş sayı: 874