Səudiyyə kralından şərt: Netanyahu qalırsa normallaşma yoxdur
İsrailin ivritdilli “Haaretz” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanı Təl-Əvivə açıq mesaj göndərib: Benyamin Netanyahu baş nazir olduğu müddətdə iki ölkə arasında münasibətlərin normallaşması gündəmdə yoxdur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qəzetin sahibi Amos Şoken bildirir ki, bu mövqenin iki əsas səbəbi var.
Birinci səbəb — İsrailin baş naziri Netanyahu ilə Misir və İordaniya liderləri arasındakı münasibətlərin hətta mövcud sülh müqavilələrinə baxmayaraq “ideal səviyyədə olmamasıdır”.
İkinci səbəb isə Səudiyyə Ərəbistanının Fələstin dövlətinin yaradılmasına dair açıq və konkret yol xəritəsi tələb etməsidir.
19:31 28.11.2025
Oxunuş sayı: 963