Ramiz Mehdiyev Dil Komissiyası sədrinin müavini vəzifəsindən azad edilib
Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası sədrinin müavini vəzifəsindən azad olunub.
Crossmedia.az xəbər verir ki, bununla bağlı müvafiq Sərəncam noyabrın 12-də imzalanıb.
Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən də azad edilib.(APA)
19:15 28.11.2025
Oxunuş sayı: 879