Mərkəz direktoru: Azərbaycan və Özbəkistanın təhsil sahəsindəki sinerjisi bütövlükdə regionun insan kapitalının keyfiyyətini yüksəldir - ANONS
Azərbaycan və Özbəkistan arasında münasibətlər təkcə siyasi və iqtisadi sahələrdə deyil, humanitar və xüsusilə təhsil sferasında dinamik inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə iki ölkə arasında formalaşan strateji tərəfdaşlıq modeli qarşılıqlı etimada, ortaq tarixi-mədəni köklərə və qardaşlıq ənənələrinə əsaslanır. Bu baxımdan təhsil sahəsində aparılan islahatlar və mübadilə təşəbbüsləri iki dövlətin gələcəyə hesablanmış inkişaf vizyonunun mühüm tərkib hissəsinə çevrilib.
Bu barədə "Ingla International Education and Training Centre" - nin direktoru Lalə Nəsibova Crossmedia.az-a geniş müsahibə verib.
Həmin müsahibədən bir neçə fikri təqdim edirik:
"İmzalanmış müqavilə və memorandumlar yalnız diplomatik xarakter daşımır, onlar real nəticələr doğurur".
"Hazırda akademik mobillik əsasən hökumətlərarası təqaüd proqramları, kvota əsaslı mexanizmlər və Türk Universitetlər Birliyinin “Orhun” mübadilə proqramı vasitəsilə həyata keçirilir".
"Azərbaycan və Özbəkistan təhsil sistemləri beynəlxalq standartlara, xüsusilə Bolonya prosesinin prinsiplərinə uyğunlaşdırılır".
Qeyd edək ki, müsahibə yaxın günlərdə saytımızda yayımlanacaq.
Elmir Heydərli
18:33 28.11.2025
Oxunuş sayı: 1252