Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa ərizəsi verib
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa ərizəsi verib. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski çıxışında Rusiyanın Ukraynanı səhvə sürükləmək istədiyini, lakin Kiyevin buna yol verməyəcəyini vurğulayıb. “Rusiya çox istəyir ki, Ukrayna səhvlər etsin. Bizim tərəfimizdən səhv olmayacaq.
İşimiz davam edir, mübarizəmiz davam edir. Bizim geri çəkilmək, dayanmaq və ya parçalanmaq kimi haqqımız yoxdur. Birliyimizi itirsək – hər şeyi, özümüzü, Ukraynanı və gələcəyimizi itirmək riski yaranar,” – deyə Zelenski bildirib.
Xatırladaq ki, 28 noyabr səhər saatlarında Andrey Yermakın evində və ofisində axtarışlar aparılıb.
19:43 28.11.2025
Oxunuş sayı: 757