İsrail hərbçiləri aksiya iştirakçılarına atəş açdı
İsrail hərbçiləri cənubdakı əl-Kuneytra qubernatorluğunda Suriya ərazi bütövlüyünü dəstəkləyən dinc aksiyadan qayıdan sakinlərə atəş açıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrail hərbçiləri Xan Arnabə şəhərində keçirilən yürüşdən sonra aksiya iştirakçılarının öz məhəllələrinə qayıtmasına mane olub. Aksiya 8 dekabr 2024-cü ildə silahlı müxalifətin əməliyyatı nəticəsində Dəməşq rejimində baş vermiş dəyişikliklərin birinci ildönümü münasibətilə, həmçinin İsrailin hücumlarına etiraz məqsədilə təşkil edilib.
Cümə namazından sonra Suriyanın müxtəlif şəhər və qəsəbələrində minlərlə insan mərkəzi meydanlara çıxaraq ölkənin ərazi bütövlüyünə dəstək ifadə edib və İsrail təcavüzünü pisləyib. Aksiya iştirakçıları Dəməşq quberniyasının Beyt Can məhəlləsinə endirilən və 13 dinc sakinin həyatına son qoyan İsrail hava zərbələrini kəskin şəkildə qınayıblar.
Nigar Yahyazadə
19:54 28.11.2025
Oxunuş sayı: 901