“Sevgi Palitrası” – Məhdudiyyətli uşaqların rənglərlə danışan dünyası sərgisinin açılışı olub
Muzey Mərkəzində inkişaf məhdudiyyətli, o cümlədən daun sindromlu uşaqların əl işlərindən ibarət “Sevgi Palitrası” rəsm sərgisi açılışı olub.
Crossmedia.az xəbər verir ki, tədbir 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü çərçivəsində təşkil olunur.
Sərgidə 20 rəsm əsəri nümayiş olunacaq. Qarışıq texnikada işlənmiş bu əsərlərdə uşaqların daxili aləmi, duyğuları, həyəcanları və özünəməxsus dünya baxışları rənglərlə ifadə edilib.
Layihənin ideya müəllifi – gənc rəssam Mahizər Sadıqlıdır.
Sərgi iki gün davam edəcək.
“Sevgi Palitrası” sərgisi sevginin, diqqətin və inklüzivliyin cəmiyyətdə nə qədər vacib olduğunu bir daha xatırladır.
Fatimə Nəzərli

19:24 28.11.2025
Oxunuş sayı: 1038