Anar Əsədliyə ittiham aktı elan olunub
Ləğv olunmuş Yüksəliş Partiyasının keçmiş sədri Anar Əsədliyə ittiham aktı elan edilib.
Crossmedia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə məhkəmə istintaqı başlayıb.
Prosesdə dövlət ittihamçısı təqsirləndirilən Anar Əsədliyə 4 epizod üzrə ittiham aktı elan edib.
İttihama görə, A.Əsədli yüksək gəlir gətirmə adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlada 255 min manat pul alıb. O, pulun müəyyən hissəsin geri qaytarıb.
İttihamda qeyd olunub ki, A.Əsədli Etibar Nəsirovdan 8 min 500, Hüseyn İlhamdan 17 min, Tamara Allahverdiyevadan isə 78 min 500 manat pul alıb. O, həmin pulların da müəyyən hissəsini geri qaytarıb.
A.Əsədli ittiham üzrə özünü təqsirli bilməyib.
Növbəti iclas dekabrın 19-na təyin edilib.
Qeyd edək ki, A.Əsədli dələduzluqda ittiham olunur. O, 2022-ci ildə həbs edilsə də, daha sonra ev dustaqlığına buraxılmışdı və barəsində olan cinayət işinə xitam verilmişdi.
Bu il Baş Prokurorluq tərəfindən onun barəsində olan cinayət işi yenilənib.(Report)
19:08 28.11.2025
Oxunuş sayı: 1069