Həkim: Süni intellektə müraciət edən valideynlərin sayı da artır
"Artıq ağıllı otoskoplar, mobil cihazlara qoşulan diaqnostik alətlər mövcuddur və yaxın vaxtlarda daha da geniş yayılacaq. Süni intellektə müraciət edən valideynlərin sayı da artır".
Bunu Crossmedia.az-a geniş müsahibəsində həkim, pediatr-allerqoloq Samirə Nağıyeva deyib.
"Düzdür, süni intellekt diaqnoz qoymaq üçün deyil, yönləndirmək üçündür. O, müəyyən həddə qədər izah verir, lakin vəziyyət ciddiləşəndə istifadəçini həkimə yönəldir. Bu baxımdan süni intellekt faydalıdır, çünki insanları yanlış mənbələrdən alınan məsləhətlərdən uzaqlaşdırıb doğru ünvana yönəldir", - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/56759
Elmir
16:40 28.11.2025
Oxunuş sayı: 1194